Çaqqal oğlu çaqqal (film, 1972)
Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır.
Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir.
Kukla filmidir.
Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
Rejissor: Mirzə Rəfiyev
Ssenari müəllifi: Araz Dadaşzadə
Operator: Əlihüseyn Hüseynov
Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev
Rejissor assistenti: Hafiz Əkbərov
Multiplikasiya rəssamı: Rauf Dadaşov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Əziz Şeyxov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.